Azərbaycanda siyasi partiyaların çoxu maliyyə hesabatını təqdim etməyib

Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların çoxu maliyyə hesabatını təqdim etməyib.

Doğrusöztv.Az-ın məlumatına görə, aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatsa da dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 7-si illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Lakin bu ilin əvvəlindən indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 7-si illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və “Milli Vəhdət” Partiyasıdır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən - Adil Allahverdiyev

Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən, belə şəxslər özləri üçün təhlükə yaratmasalar belə, ətrafdakılar üçün təhlükə yarada bilərlər. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Onun sözlərinə görə, vaksin vurdurub-vurdurmamasından, xəstəlik keçirib-keçirməməsindən asılı olmayaraq, tibbi maskadan istifadə edilməldiir […]