Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

Oxunma vaxtı:39 Saniyə

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Doğrusöztv.Az bildirir ki, Nazirlikdən verilən məlumata görə, dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

“IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Heç kim bizə nəzarət edə bilməz - Ermənistanda anti-Rusiya siyasəti yeni mərhələdə

Ermənistanda Rusiya əleyhinə təbliğat kampaniyası geniş vüsət alır. Son on ildə Ermənistanda antirusiya ovqatı artmaqda olması diqqətlərdən yayınmamışdı. II Qarabağ mühaibəsindəki ağır məlğlubiyyət bu prosesi bir neçə dəfə sürətləndirdi. Siyasi dairələr, Paşinyana müxalif şəxslər, hətta zaman-zaman Paşinyan özü də məğlubiyyətin əsas səbəbkarlarından biri kimi Rusiyanı gösətrir. Paşinyan anti-Rusiya kampaniyasına başlayıb […]