Əsgərin ölümünə görə cinayət işi açıldı – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Ordusunun əsgərinin cərəyan vurması nəticəsində ölməsinə görə cinayət işi açılıb.

Bu barədə “Unikal”a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Xəbərə görə, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunubvə digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Loading

Next Post

Nazirin "Son zəng"ə getdiyi məktəbin adının yazılışında SƏHV - FOTO

Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən 234 nömrəli tam orta məktəbin girişində olan yazılışda qrammatik səhvə yol verilib. Dogrusoztv.az xəbər verir ki, bu gün təhsil naziri Emin Əmrullayev həmin məktəbdə keçirilən “Son zəng” tədbirinə qatılıb və orada çıxış edib. Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.