Türkiyə və Azərbaycan orduları bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstərdi – Hulusi Akar

Oxunma vaxtı:29 Saniyə

Türkiyə və Azərbaycan Silahlı qüvvələri onlara verilən bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstəriblər.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan ordusunun əməkdaşlıq etməsi çox vacibdir:

“Ölkələrimizin, xalqlarımızın müdafiəsi və təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan ordularına hər kəsin etibar etməli olduğunu göstərdik. Həm Türkiyə, həm də Azərbaycan Silahlı Qüvvələri həm təchizatı, həm də şəxsi heyətinin keyfiyyəti ilə quruda, dənizdə, havada, qışda, yayda, dağda, düzənlikdə bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstərib”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Birinci vitse-prezident Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə tədbirində çıxış edib (VİDEO)

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib. Trend xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib. Tədbir iştirakçılarını salamlayan ICESCO-nun Baş direktoru Salim əl-Malik gənc nəslin gələcəyində elmin oynadığı rolun əhəmiyyətini vurğuladı. […]