Qarabağdakı vəziyyət ATƏT PA-nın qış sessiyasında müzakirə oluna bilər

Oxunma vaxtı:27 Saniyə

Dağlıq Qarabağ mövzusu ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında müzakirə oluna bilər.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə ATƏT-in nümayəndəsi deyib.

O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak üçün qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu, ATƏT regionunda, o cümlədən Azərbaycanla bağlı məsələlərin müzakirəsi üçün imkan yaradır:

“Adətən, bu görüşlərdə Qarabağdakı vəziyyət müzakirə olunur. Baş vermiş İkinci Qarabağ müharibəsi fonunda bu il də bunu gözləmək olar”.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 24-dən 26-dək onlayn formatda keçiriləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, fevralın 9-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Görüş zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə edilib. “Görüş ölkələrimiz arasında strateji tərəfdaşlıq […]