10 gün bizi pəncərəsiz yerdə saxladılar – Ermənilərə əsir düşən hərbçi

Oxunma vaxtı:28 Saniyə

Əsgərlərimizə yemək verib geri qayıdarkən əsir düşmüşəm.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu erməni əsirliyindən qayıdan Azərbaycan hərbçisi Nahid Həmidov deyib.

O bildirib ki, yol axtararkən əsir götürülüb: “10 noyabrda taborumuza yemək aparırdım. Yeməyi verib qayıdanda düşmənin atıb qaçdığı texnikanı gördüm. Hərbi qəniməti götürüb geri qayıdarkən yolu azdım. Bir də baxdım ki, 8-10 nəfər erməni məni mühasirəyə aldı. Məni əsir götürərək naməlum yerə apardılar. 10 gün pəncərəsiz yerdə saxladılar. Sonra Yerevana apardılar. Orada bizə dəhşətli fiziki və psixoloji işgəncələr verirdilər. Dekabrın 14-də gözlərimizi bağlayıb təyyarəyə mindirdilər. Bir də baxdıq ki, Bakıdayıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Biz tezliklə Qarabağda yeni iqtisadi möcüzənin şahidi olacağıq - Ukraynalı ekspert

Əminəm ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpası bütün ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə ukraynalı ekspert Aleksandr Merejko azad edilən ərazilərin sahib olduğu potensial barədə danışarkən deyib. O bildirib ki, tezliklə bütün dünya Qarabağın təbiətinin gözəlliyinin şahidi olacaq: “Amma bundan əvvəl Azərbaycan işğal müddətində […]