Hərbçi alilələrinə müavinətlərlə bağlı yeni qaydalar tətbiq ediləcək

Oxunma vaxtı:46 Saniyə

Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ikinci oxunuşda müzakirə edilib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir.

Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir:

“4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;”;

“7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;”;

“9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;”.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Səudiyyə Ərəbistanı Azərbaycanda külək elektrik stansiyası tikəcək

Səudiyyə Acwa Power Ərəbistanının şirkəti Azərbaycanda külək elektrik stansiyası tikəcək Trend-in məlumatına görə, dekabrın 29-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Acwa Power şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanacaq. İmzalanma mərasimi onlayn formatda baş tutacaq.