Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olunub (FOTO)

Oxunma vaxtı:1 Dəqiqə, 28 Saniyə

Yelo Bank-ın yüksək rəhbərliyində dəyişiklik gözlənilir. Belə ki, bank tərəfindən verilmiş açıqlamada Yelo Bank-ın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat barədə qeyd olunub. Bankın Müşahidə Şurasının qərarına əsasən, bu vəzifəni Anar Həsənov tutacaq və 5 yanvar 2021-ci il tarixindən Yelo Bank-da fəaliyyətinə başlayacaq. Hazırda və bu ilin sonunadək A.Həsənov AccessBank-ın İdarə Heyətinin sədridir.

Daha əvvəl Yelo Bank-da bu vəzifəni bankda fəaliyyətini bu ilin oktyabrında dayandırmış Nikoloz Şurqaia tuturdu. Hazırda İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti olaraq Emil Duşdurov, İdarə heyətinin üzvü və bankın maliyyə üzrə baş direktoru icra edir.

“Yelo Bank rebrending prosesini uğurla yekunlaşdırır və yeni inkişaf strategiyasını reallaşdırır. Son il ərzində Yelo Bank-da rebrendinglə bərabər köklü dəyişikliklər də edilir. Bu özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərdə olduğu kimi, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir. Xüsusi qeyd etmək istəyirəm ki, təcrübəli və uğurlu idarəçilərin, öz sahələrinin peşəkarlarının cəlb olunması ilə biz çox güclü top-menecmentin yaradılmasına nail ola bilmişik. Tam əminliklə demək olar ki, bu baxımdan bizdə bu günə bazarda olan ən yaxşı komandalardan biri formalaşıb və onlarla bank qoyulan tapşırıqları uğurla həyata keçirir. Şadıq ki, bu komandaya tezliklə bank sahəsində öz sözünü demiş daha bir peşəkar rəhbərlik edəcək. Anar Həsənovun idarəçilik təcrübəsi və biliklərinin Yelo Bank-ın transformasiya prosesinin sürətlənməsinə əhəmiyyətli töhfə verəcəyindən və onun gələcək inkişafına dəstək olacağından əminik” – deyə Müşahidə Şurasının sədri Marina Kulişova yeni təyinatı şərh edib.

Anar Həsənov bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Belə ki, bankir karyerasını AccessBank-ın yarandığı vaxtdan, 2002-ci ildən başlayıb və 18 ildən artıq uğurla orada çalışır. Mikro, KOB və pərakəndə biznesləri sahələrində fərqli idarəedici vəzifələrdə işləyərək, 2007-ci ildən AccessBank-ın İdarə Heyətinə daxil olub, 2018-ci ilin iyun ayından isə bankın İdarə Heyətinin sədridir.

Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olunub (FOTO) - Gallery Image
Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olunub (FOTO) - Gallery Image
Anar Həsənov Yelo Bank-ın İdarə Heyətinin yeni sədri təyin olunub (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi - Rob Sobhani

Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib. O hesab edir ki, Azərbaycanın qələbəsi bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli olan amillərə əsaslanıb: “Birinci amil Prezident İlham Əliyevin parlaq liderliyidir. […]