Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Oxunma vaxtı:29 Saniyə

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, gələn il 4 və 5 dekabr şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl – 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

Loading

Next Post

Kobaxidze yenə baş nazir oldu - Gürcüstan hökuməti təsdiqləndi - SİYAHI

11-ci çağırış Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yenilənmiş hökumətə və 2025-2028-ci illər üçün “Avropa üçün yalnız sülh, ləyaqət və firavanlıq” adlı hökumət proqramına etimad göstərib. Hökumət proqramına əsasən, Gürcüstanın iki ən mühüm milli məqsədi var: ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək və yoxsulluğu tamamilə aradan qaldırmaq. Proqrama dövlət […]