Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək.

Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur”, deyə AAYDA-nın məlumatında deyilir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti […]