Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Oxunma vaxtı:32 Saniyə

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir.

Tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur.

Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.

Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq.

Forum İƏT regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün pltaforma rolunu oynayacaq.

Loading

Next Post

Klublararası dünya çempionatında 1/4 final cütləri bəlli olub

ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.Bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub. Braziliya təmsilçilərindən “Fluminense” bu raundda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası, “Palmeyras” İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək. Fransanın PSJ kollektivi Almaniya çempionu “Bavariya”nın, İspaniya təmsilçisi “Real” isə “Borussiya” (Dortmund) komandasının müqavimətini […]