Haaqada “Bosniya qəssabı” Ratko Mladiç ölüb

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb.

Bu barədə Serbiya mediası məlumat yayıb.

Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib.

Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı olub. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal hərbi cinayətlərə görə onu ömürlük həbs cəzasına məhkum etmişdi.

Bosniya müharibəsi dövründə 1995-ci ildə Srebrenitsa qətliamındakı roluna görə Mladiçə “Bosniya qəssabı” ləqəbini vermişdilər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkə hesabında məlumat yayıb. Ərdoğan görüş zamanı 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak nisbətinin yüksək olmasının aparılan […]