İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkian Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Təbrik məktubunda deyilir:

“Dəyərli və mehriban bacım.

Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Sizin sosial, mədəni və beynəlxalq sahələrdəki üstün, müdrik və fədakar fəaliyyətiniz hər zaman ilhamverici və qürur mənbəyi olmuşdur.

Qonşu, dost və qardaş ölkələr olan İran ilə Azərbaycan Respublikası arasında dərin dostluq və qardaşlıq köklərinin mövcudluğundan, həmçinin iki ölkənin qadınlarının bu müştərək irsin qorunmasında mühüm rol oynamasından böyük məmnunluq duyuram.

Bu əlamətdar və xoş gündə Sizə səmimi-qəlbdən bərəkətli uzun ömür, möhkəm cansağlığı və davamlı müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasına isə tərəqqi və rifah arzulayıram”.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

Azərbaycanın Quba-Xəzəryanı neft-qaz regionu ərazisində geofiziki məlumatların toplanması bu il oktyabr ayının əvvəlində başa çatacaq. Bu işlərin aparılması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Kanadanın “Gran Tierra Energy” şirkəti “Metatek Group” şirkətini cəlb ediblər. Məlumatların toplanması bu müqavilə sahəsində başlamış seysmokəşfiyyat proqramında nəzərdə tutulub. “Metatek” məlumatların operativ toplanması üçün […]