Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Loading

Next Post

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Həmin müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistana bu yaxınlarda gözlənilən dövlət səfəriniz ərəfəsində Siz ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz? […]