Azərbaycan və Qətər biznesi tərəfdaşlığı genişləndirir

Oxunma vaxtı:23 Saniyə

Azərbaycan və Qətərin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir Qətərə səfəri çərçivəsində bu ölkənin İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb. Görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edilib.

“Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi kimi məsələləri müzakirə etdik”, deyə M.Cabbarov bildirib.

Azərbaycan və Qətər biznesi tərəfdaşlığı genişləndirir

Loading

Next Post

Sudanda qızıl mədəninin uçması nəticəsində altı nəfər ölüb

Sudanın şimalında qızıl mədəninin uçması nəticəsində altı nəfər həlak olub, 20 nəfərə yaxın insanın dağıntılar altında qalması ehtimal olunur. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Faciə cümə günü Berber şəhərinin qərbində baş verib. “Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir”, – məlumatda bildirilib. Hadisənin səbəbləri məlum deyil.