UEFA Çempionlar Liqası: “Sabah” Buxarestdə “Hapoel”lə qarşılaşacaq

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə


“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq.

Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) üz-üzə gələcək.

Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,27 ABŞ dolları və ya 3,58 % artaraq 94,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,72 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]