Azərbaycan nefti 2 %-ə yaxın ucuzlaşıb

DogruSozTv Az
Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları və ya 1,51 % azalaraq 92,55 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,06 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,64 ABŞ dolları və ya 1,8 % azalaraq 89,36 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Loading

Next Post

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun baş verib. Yenixeberorg.com: Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb. Qeyd edilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq […]