Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib – SİYAHI

Oxunma vaxtı:34 Saniyə

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə Prezident.az məlumat yayıb.

Sərəncama əsasən: 

1. Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

2. Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib.

3. Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.

4. Aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər:

Hüseynov Kənan Zakir oğlu

Hüseynov Zaur Nazim oğlu

İmanov Zaman Şakir oğlu

Şirinov Gündüz Əhməd oğlu

Tağıyev Cavid Tahir oğlu.

Loading

Next Post

"Müharibə veteranlarının müavinəti artırılmalıdır" - Deputat

“Şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqəti artırmalıyıq. Bu sahədə müəyyən nöqsanlarımız var”. Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, müharibə veteranlarına verilən müavinət azdır: “Bu məbləğin artırılmasına ehtiyac var. Bir məsələni də nəzərə almaq lazımdır ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Bu işlərin görülməsinə böyük vəsait […]