Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi ilə əlaqədar yeni ekspres avtobus marşrutları açılıb.

Ekspres marşrutların təşkili metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat imkanlarının təmin olunmasına xidmət edir.

Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

Yeni ekspres marşrutlar:

M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;

M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;

M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;

M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;

M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;

M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları.

Loading

Next Post

Azərbaycan nefti 2 %-ə yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları və ya 1,51 % azalaraq 92,55 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,06 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]