Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik

Oxunma vaxtı:40 Saniyə

Rusiya-Ukrayn müharibəsinin bölgəyə yayılması riski ciddi bir təhdid olaraq qalır, Qara dənizin təhlükəsizliyi bu narahatlığı artırır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, Qara dənizdə balıqçı və tankerlərin hədəf alınması düzgün deyil: “Hər iki tərəfin bu məsələdə diqqətli olmasını bir daha bəyan edirik”.

Nazirin sözlərinə görə, hazırda Rusiya-Ukrayna arasında diplomatik əlaqələrdə durğunluq müşahidə edilir, digər yandan isə hücumlar daha da güclənib.

H.Fidan bildirib ki, Türkiyə savaşın ilk günündən Ukaynaya siyasi və hərbi dəstək verir: “NATO zirvəsində də bildirildiyi kimi, bu dəstək davam edəcək. Türkiyə hər iki ölkə ilə təmaslarını davam etdirir. Savaşın tez bir zamanda bitməsi üçün dəstəyimizi davam etdiririk. Bundan sonra Türkiyə olaraq iki ölkə arasında danışıqlara ev sahibliyi etmək üçün diplomatik dəstəyimizə davam edəcəyik”.

Loading

Next Post

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycanla Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. […]