Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

Oxunma vaxtı:21 Saniyə

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin təkrar görüşləri keçirilir.

Təmsilçimiz “Qarabağ” səfərdə Bolqarıstanın “ÇSKA Sofiya” (Bolqarıstan) komandası ilə qarşılaşacaq.

Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində “Şerif” (Moldova) – “Makkabi Təl-Əviv” (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Loading

Next Post

CHP-li bələdiyyə sədri saxlanıldı

Türkiyənin Ankara şəhərinin Etimesqut rayonunda korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb. Əməliyyat korrupsiya ittihamları üzrə aparılan istintaq çərçivəsində həyata keçirilib. Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Erdal Beşikçioğlu saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, Erdal Beşikçioğlu 2024-cü […]