XİN: Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Oxunma vaxtı:18 Saniyə

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Doğrusöztv.Az -ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir.

Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Gecə Kəlbəcərdən çıxan sonuncu ermənilər (VİDEO)

Ermənilər gecə saat 00.00-a qədər Kəlbəcəri tərk ediblər. Doğrusöztv.Az Trend -ə istinadən xəbər verir ki, saat 22.00 radələrində Kəlbəcər-Ermənistan istiqamətində xeyli sayda avtombil görünüb. Ərazidə olan xarici jurnalistlərin dediklərinə görə, ermənilər nəyi aparmaq mümkündürsə söküb aparırlar. Qeyd edək ki, üç tərəfli bəyanata əsasən Kəlbəcər rayonu bugün işğaldan azad olunur və […]