Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır – Nazir

Oxunma vaxtı:37 Saniyə

Xarici işlər naziri Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı proseslərdən danışıb.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, bu prosesdə Amerika Birləşmiş Ştatları da iştirak edir. Bu istiqamətdə, ilk növbədə, danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Çünki söhbət Ermənistan ərazisindən gedir. Eyni zamanda, reallıq ondan ibarətdir ki, həmin dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisidir.

“Danışıqların gedişi və ümumilikdə proses barədə amerikalı tərəfdaşlarımız tərəfindən mütəmadi şəkildə məlumatlandırılırıq. Bir neçə ay əvvəl Ermənistan tərəfi ilə ABŞ arasında ilkin sənəd də imzalanmışdı. Bizə verilən məlumata görə, proses davam edir və hazırda sənədlərin hazırlanması mərhələsi gedir. Bu dəhlizlə bağlı söhbət dəmir yolundan, avtomobil yolundan, elektrik kabellərindən, o cümlədən boru kəmərlərindən də gedə bilər.

Loading

Next Post

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda turizm sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib. Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən “Turizm […]