Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Oxunma vaxtı:38 Saniyə

Azərbaycanda turizm sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib.

Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən “Turizm haqqında” qanun sektorun inkişafına mühüm töhfə versə də, hazırkı mərhələdə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb: “Bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, son bir ildə baş verən proseslər fonunda qanunun yenilənməsi artıq zəruridir. Yeni qanun layihəsi hazırlanıb və hökumət daxilində müzakirəyə təqdim olunmağa hazırdır. 2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu çərçivədə yeni turizm qanunu, standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılıb”.

Loading

Next Post

Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-u da daxil olmaqla məzuniyyətdə olacaq. Bu barədə hökumətin mətbuat xidmətinə istinadən Ermənistan mediası məlumat yayıb. İyulun 10-dan 20-dək olan dövrdə hökumət başçısının vəzifələrini Baş nazirin müavini Mqer Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan icra edəcək. Qeyd edək ki, […]