Son dəqiqə! Əhaliyə müraciət edildi

Oxunma vaxtı:44 Saniyə

Azərbaycanda ödənişsiz VPN (Virtual Private Network – Virtual Özəl Şəbəkə) xidmətləri istifadəçilərin şəxsi məlumatlarının satışı ilə gəlir əldə edir. “APA-Economics” xəbər verir ki, bu barədə İnnovasiya Agentliyinin məlumatında deyilir Qeyd olunub ki, bu tipli şirkətlərin çoxunun məqsədi təhlükəsizlik və məlumatlarınızın qorunması deyil, “pulsuz” xidmət vasitəsi ilə mümkün qədər çox istifadəçi cəlb edib, onların şəxsi məlumatlarını satmaqdır. VPN texnologiyası vasitəsi ilə internetə çıxış aralıq server vasitəsilə həyata keçirilir. “Ödənişsiz VPN-lərin 72 %-i sizin məlumatlarınızı 3-cü tərəflərə ötürür. Yəni daxil olduğunuz saytlar, yazdığınız mesajlar – hər bir məlumat 3-cü şəxslərə əlçatan olur. Bu məlumatlar analiz üçün, ödəniş və digər məxfi məlumatların oğurlanması üçün istifadə oluna bilər. Ödənişsiz VPN-lərin 38%-i zərərverici proqram daşıyıcısıdırlar”, – məlumatda bildirilir. Əlavə olaraq bildirilib ki, ödənişsiz VPN-lər üzərindən gələn trafik dəyişdirilərək istifadəçi cihazına istənilən zərərli proqram təminatı və arzuolunmaz reklam yerləşdirilə bilər. Məhz buna görə onlardan istifadə etmək tövsiyə olunmur

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı – AÇIQLAMA

Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Oxu24.com xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ […]