Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur

Oxunma vaxtı:49 Saniyə

Erməni generalı Levon Minasyanın Xocalı soyqrımını törətməsi barədə 2023-cü ildə etirafını ictimailəşdirən gürcü bloger Tako Tamuna ölümlə təhdid olunur.

“Report”a bu barədə məlumat verən bloger qeyd edib ki, bu təhdidlər səbəbindən mətbuata başqa şərh verə bilmir.  

Xatırladaq ki, 2023-cü ildə TikTok platformasında bloger Tako Tamuna ilə erməni generalı Levon Minasyan arasında şokedici bir dialoq yaşanıb. Söhbət zamanı Minasyan, Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamı açıq şəkildə etiraf edib. Bu etirafı Minasyan “Xocalı mənim işimdir. Saysız-hesabsız Azərbaycan türklərini qırdım,” ifadəsi ilə etiraf etmişdi.

Bunu eşidən T.Tamuna, Minasyanın ciddi olub-olmadığını soruşub və cavab olaraq general “bəli” deyib.

Tako Tamuna bu dialoqdan sonra erməni tərəfdən təhdidlər və təzyiqlərlə üzləşib. Söhbət yayımlandığı gündən bəri, Tamunaya qarşı sosial mediada çoxsaylı təhdidlər və hədə-qorxu mesajları göndərilib. Bəzi erməni istifadəçiləri, onu ölüm təhdidləri ilə qorxudub və onun şəxsi həyatına müdaxilə etməklə hədələyiblər.

T.Tamuna bildirib ki, iki gün öncə həmin söhbəti yenidən sosial şəbəkədə yayımlayıb və ona qarşı təhdidlərin yeni dalğası başlayıb.

Loading

Next Post

Azərbaycanın sərhədyanı ərazilərində telekomunikasiya qurğularının tikintisi qaydası dəyişib

Nazirlər Kabineti 6 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra nəzərdə tutulan işlərin […]