Azərbaycanın sərhədyanı ərazilərində telekomunikasiya qurğularının tikintisi qaydası dəyişib

Oxunma vaxtı:35 Saniyə

Nazirlər Kabineti 6 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra nəzərdə tutulan işlərin aparılması üçün icazə almış şəxs Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunmasına münasibətdə Dövlət Sərhəd Xidmətini aparılacaq işlər barədə məlumatlandırmalı, işlərin yoxlanılması üçün ona şərait yaratmalıdır.

Həmçinin Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda fəaliyyət zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinin təmin olunmasına maneə yaratdıqda həmin fəaliyyəti Dövlət Sərhəd Xidməti dayandırıcaq və bu barədə aidiyyəti dövlət orqanlarını məlumatlandıracaq.

Loading

Next Post

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

Bu gün Novruzun ilk – Su çərşənbəsidir. Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya […]