Bağçalara elektron qəbul başlayıb

Oxunma vaxtı:44 Saniyə

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılıb.

Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Bu il ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya digər qanuni nümayəndələr qeyd olunan tarixlərdə myGov kabinetinə daxil olaraq “Xidmətlər” bölməsində Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına isə 9 iyul 2026-cı il saat 11:00-dan başlanılacaq.

Loading

Next Post

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar […]