Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirəcək

Oxunma vaxtı:38 Saniyə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Goranboy rayonunda vətəndaş qəbulu keçirəcək.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 29-u saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Goranboy rayon şöbəsinin inzibati binasında Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 22 iyul 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Loading

Next Post

İlham Əliyev Malavi Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev malavili həmkarı Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan […]