İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib

Oxunma vaxtı:38 Saniyə

ABŞ ilə memorandumun icrası üzrə danışıqlar aparan komandaya daxil olan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada Vaşinqtonla texniki məsləhətləşmələrin keçiriləcəyi barədə məlumatı təkzib edib.

Bu barədə TASS-a istinadən xəbər verir.

“Bu həftəyə işçi qrupların texniki müşavirələrinin keçirilməsi planlaşdırılmayıb. Qətərlə məsləhətləşmələr adi qaydada davam etsə də, bəzi mediaların Dohada işçi qruplarının texniki danışıqlarının keçirilməsi barədə məlumatları təsdiqlənmir”, – o, jurnalistlərə bildirib.

K.Qəribabadi qeyd edib ki, tərəflər hələ ki, texniki danışıqların keçirilmə yeri və vaxtı ilə bağlı razılığa gəlməyiblər: “Bu məsələ üzrə məsləhətləşmələr vasitəçi ölkələrin dəstəyi ilə davam edir”.

Daha əvvəl “Axios” portalının jurnalisti Barak Ravid bildirmişdi ki, ABŞ və İran nümayəndələri qarşılıqlı zərbələrin dayandırılması və Hörmüz boğazı üzrə fikir ayrılıqlarının nizamlanması üçün iyunun 30-da Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.

Loading

Next Post

Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib

[center][img]https://azadmedia.az/uploads/posts/2026-06/1782737694_y5s9q8ixvk3svq-b.png[/img][/center]Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.