Lavrov: Rusiya Ukrayna ilə nizamlanmaya dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır

Oxunma vaxtı:27 Saniyə

“Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır, ancaq yeni reallıqlar əsasında…”

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində deyib.

Lavrovun sözlərinə görə, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir: “Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz bu prinsiplərə qayıtmağa hazırıq, amma təbii ki, yeni reallıqlar nəzərə alınmaqla… Çünki o vaxtdan 2 il yarım keçib. Bu reallıqları prezident Vladimir Putin də açıqlayıb, Ukrayna, Rusiya və Qərb arasında nizamlanmanın yolunu göstərib”.

Loading

Next Post

Tovuzda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Tovuzda kütləvi dava olub. Hadisə ötən gün qeydə alınıb. 2000-ci il təvəllüdlü Səfərov Samir Elburus oğlu və 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu aralarında yaranmış şəxsi münasibətlər zəmnində Məmmədov Xalid Məhəmməd oğlu və 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğluna bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Faktla bağlı araşdırma aparılır.