UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Oxunma vaxtı:21 Saniyə

Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü və təşkilatın sabiq orta çəki çempionu Maykl Bispinq bu gün Bakıda Milli Gimnastika Arenasında keçiriləcək turnirin şərhçilərindən biri olacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Maykl Bispinqlə birlikdə turniri Pol Felder və Con Quden şərh edəcəklər.

Bununla yanaşı, əfsanəvi Brüs Baffer turnirdə oktqon anonsçusu kimi çıxış edəcək.

Xatırladaq ki, “UFC Fight Night” turniri bu gün saat 17:00-da start götürəcək.

Loading

Next Post

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır. Bu barədə “Report”a şairin yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanasından bildirilib. Xatırladaq ki, iyunun 26-da Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi reanimasiyada davam etdilir.