Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Oxunma vaxtı:25 Saniyə

Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi baş tutub.

Bu barədə Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib.

Onun sözlərinə görə, mübadilə nəticəsində Ukraynada saxlanılan 7 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb. Onlardan beşi Kursk vilayətinin sakinləri, o cümlədən Sudja şəhərindən olan bir qadın, digər iki nəfər isə Rusiyanın başqa regionlarının sakinləridir.

Lantratova bildirib ki, razılaşma çərçivəsində eyni sayda – 7 nəfər də Ukraynaya təhvil verilib.

Qeyd edək ki, bundan bir gün əvvəl tərəflər arasında 160-a 160 formatında hərbi əsir mübadiləsi də həyata keçirilmişdi.

Loading

Next Post

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Mütləq Döyüş Çempionatının (UFC) Şöhrət Zalının üzvü və təşkilatın sabiq orta çəki çempionu Maykl Bispinq bu gün Bakıda Milli Gimnastika Arenasında keçiriləcək turnirin şərhçilərindən biri olacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Maykl Bispinqlə birlikdə turniri Pol Felder və Con Quden şərh edəcəklər. Bununla yanaşı, əfsanəvi Brüs […]