İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik

Oxunma vaxtı:39 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini deyib.

Dövlət başçısı bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən bildirib.

İlham Əliyev türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik edib:

“Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik”.

Loading

Next Post

Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir

Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib. Dövlət başçısı deyib ki, belə olan halda hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədir.