Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Oxunma vaxtı:20 Saniyə

Suriya uzunillik fasilədən sonra iyulda birbaşa hava əlaqəsinin bərpası ilə bağlı Almaniyanın qərarını gözləyir.

Bu barədə Suriyanın Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin rəhbəri Ömər Xosari “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Suriya aviasiya qurumu ilə Almaniyanın səlahiyyətli orqanları arasında aparılan rəsmi yazışmalar və əldə olunan texniki razılaşmalar nəticəsində Dəməşq iki ölkə arasında hava əlaqəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosedurlarının gedişatı barədə müsbət siqnallar alıb.

Loading

Next Post

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası istiqamətində sərnişin ehtiyaclarının qarşılanması və xidmət səviyyəsinin artırılması üçün 149E nömrəli ekspres marşrutu sınaq rejimində işə salınır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  məlumat yayıb. İyunun 22-dən etibarən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni […]