Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Oxunma vaxtı:24 Saniyə

Vaşinqton İran hökumətini devirmələri üçün silahı ölkədəki hakimiyyət əleyhdarlarına ötürməyə çalışıb.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalının efirində bildirib.

“Amma regional müttəfiqlər bizi pis vəziyyətdə qoydu”, – o qeyd edib.

Trampın sözlərinə görə, ABŞ silahı İranda yaşayan və hakimiyyəti dəstəkləməyən kürdlərə verib, lakin “onlar silahı başqalarına ötürmək əvəzinə özləri üçün saxlayıblar”.

“Kürdlər bizi pis vəziyyətdə qoydu. Amma mən bunu unutmayacağam”, – o bildirib.

ABŞ lideri həmçinin deyib ki, əvvəlcədən belə bir planın əleyhinə olub, çünki kürdlərin silahı özləri üçün saxlayacağından şübhələnirdi.

Loading

Next Post

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Sabah Biləsuvar rayonunun 10 yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq. Buna səbəb yeraltı polietilen qaz xəttinin kipliyə sınaq işlərinin aparılmasıdır. Bununla əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çinarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbəri kəndlərində ümumilikdə 5300 abonentə təbii qazın verilişi iyunun 12-si saat 10:00-dan etibarən işlər […]