Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları və ya 1,14 % arataraq 96,36 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 94,81 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,09 ABŞ dolları və ya 1,16 % artaraq 94,04 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat veirlib. Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 2026-cı il iyunun 11-dən 14-dək elektron qaydada aparılacaq. Həm doktoranturaya qəbul olmaq istəyən namizədlər, […]