Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalına son qoyulur

Oxunma vaxtı:49 Saniyə

Azərbaycan torpaqlarının işğalına son qoyulur.

Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib.

Dövlət başçısı bildirib:

“Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır

Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib. Dövlət başçısı bildirib: “Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. […]