Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsini yaxından izləməkdə davam edəcəyik – Ərdoğan

Oxunma vaxtı:38 Saniyə

30 il öncə Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib.

R.T.Ərdoğan deyib ki, 3 ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, problemi daha da dolaşıq vəziyyətə gətirdilər:

“Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb. Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Cavad Zərif Çinin XİN başçısı ilə görüşdü

İran xarici işlər naziri Cavad zərif çinli həmkarı Vanq Yi ilə görüşüb. Unikal.org xəbər verir ki, bu barədə Cavad Zərif “Twitter”də məlumat verib. Görüşdə qlobal, regional və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda xarici işlər nazirləri Çin və İran arasında 25 illik strateji, iqtisadi əməkdaşlıq sənədi imzalayıblar. Çin XİN başçısı […]