Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ – FOTO

Oxunma vaxtı:25 Saniyə

Son iki gündə bölgəyə yağan güclü leysan yağışları Qubada yol təsərrüfatına ciddi ziyan vurub.

Quba–Tüləkəran yolunun 12-ci kilometrində yolun çökməsi nəticəsində Yuxarı Tüləkəran, Aşağı Tüləkəran və Tülər kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib.

Quba Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov saytımıza bildirib ki, əraziyə alternativ yol çəkilərək kəndlərin əlaqəsi qismən bərpa olunub.

Son yağışlar rayonun Təngəaltı, Aydınkənd və digər yaşayış məntəqələrində də yol infrastrukturuna ziyan vurub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Loading

Next Post

İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib. Bu bu barədə Prezident İlham Əliyevin “X” hesabında edilən paylaşımda qeyd olunub. “Azərbaycan daha bir mühüm qlobal tədbirə – WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş […]