İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib

Oxunma vaxtı:23 Saniyə


Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib.

Bu bu barədə Prezident İlham Əliyevin “X” hesabında edilən paylaşımda qeyd olunub.

“Azərbaycan daha bir mühüm qlobal tədbirə – WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş ikinci ən böyük beynəlxalq toplantıdır.

Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusən BMT-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik”, – paylaşımda vurğulanıb.

Loading

Next Post

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib

Qazaxıstan Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb. Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq […]