Kreml Çin ordusunun Rusiya hərbçilərinə təlim keçməsi xəbərini təkzib edib

Oxunma vaxtı:24 Saniyə


Kreml Qərb mediasının “Çində Rusiya hərbi qulluqçularının gizli təlimi” ilə bağlı xəbərlərinə münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı yalanlayıb.

O bildirib ki, “həm Avropada, həm də ABŞ-da qəzetlər çoxlu sayda yalan məlumat dərc edir”.

Kremlin sözçüsü bu cür məlumatları “dozasında” qəbul etməyə çağırıb.

Qeyd edək ki, “Die Welt” Çin ordusunun Ukrayna ilə müharibə zonasına yerləşdirilmək üçün Rusiya qoşunlarına gizli şəkildə təlim keçdiyini yazıb. Nəşrin məlumat üçün istinad edilən mənbəsi Avropa kəşfiyyat mərkəzlərindən olan məxfi sənədlər olub.

Loading

Next Post

Malta Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

Malta Prezidenti Miriam Spiteri Debono azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Zati-aliləri. 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram. Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. […]