Spiker Belarus Nümayəndələr Palatasının sədri ilə görüşüb

Oxunma vaxtı:48 Saniyə

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Bu səfərin İqor Sergeyenkonun Azərbaycana ilk rəsmi səfəri olduğunu qeyd edən spiker qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də nəzərə çatdırılıb.

Qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Görüşdə vurğulanıb ki, parlamentlərimiz arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına mühüm töhfə verib.
İqor Sergeyenko dünən Prezident İlham Əliyevin WUF13 konfransının açılış mərasimindəki çıxışında şəhərsalma sahəsində mühüm məsələlərə toxunduğunu diqqətə çatdırıb.

Söhbət zamanı İqor Sergeyenko parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq

Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.