Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Oxunma vaxtı:32 Saniyə

Dünya şöhrətli müğənni Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli təşkil olunacaq. Yubiley proqramının əsas hadisələrindən biri dünya şöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. O, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə “Formula 1” azarkeşinə unudulmaz şou təqdim edəcək.

Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Loading

Next Post

İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

İranlılar Hörmüz boğazında hərbi və ya kommersiya gəmilərinin keçidini tənzimləyəcək yeni qurumu – Fars Körfəzi Boğazı İdarəsi yaradılıb. Bu barədə “Al Jazeera”nin İran üzrə əməkdaşı məlumat paylaşıb. Məlumata görə, bundan sonra Hörmüz boğazından keçmək istəyən hər hansı bir kommersiya və ya hərbi gəmi İran silahlı qüvvələri ilə tam koordinasiyaya malik […]