Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb

Oxunma vaxtı:41 Saniyə

Bugünkü hadisə Bakı Metropolitenin tunelində baş verdiyindən dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bugünkü hadisənin səbəbi texniki insident olub: “Hadisə Bakı Metropolitenin tunelində, aralıq kabeldə baş verdiyindən məhz ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi. Bununla belə Bakı Metropoliteni normativ tələblərinə uyğun sərnişinlərin təxliyəsi tam və hər hansısa insidentsiz başa çatdırıb”.

B.Məmmədov qeyd edib ki, Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur: “Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlanma sistemi, həm də digər infrastrukturun, o cümlədən sanitariya qurğusu kimi ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur. Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda olur. Qeyd etdiyim hadisə isə Bakı Metropoliteninin tunelində, kabeldə qısaqapanma nəticəsində baş verib”.

Loading

Next Post

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək

Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka […]