Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Oxunma vaxtı:16 Saniyə

Rusiyada atışma olub, ölən və yaralılar var.

Rusiya mediasının xəbərinə görə, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib.

Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb.

Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb.

Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Loading

Next Post

Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

“Son dövrlərdə regionda yaranan gərginlik fonunda Azərbaycanın ərazisindən keçən Şimal–Cənub nəqliyyat dəhlizi öz əhəmiyyətini bir daha sübut edib”. Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib. “Gərgin vəziyyətə baxmayaraq, dəhliz fasiləsiz fəaliyyət göstərdi və bütün vəzifələrini yerinə yetirdi”, – o bildirib. Şahin Mustafayev qeyd edib ki, bu, Azərbaycanın ümumi etibarlılığının […]