İçərişəhər qoruğu: Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür

Oxunma vaxtı:1 Dəqiqə, 7 Saniyə

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.

“Report”un məlumatına görə, bu barədə İdarənin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək:

“Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib”.

Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq və bunun nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək.

İdarədən bildirilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunub.

Qeyd olunub ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib və aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir:

“Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir”.

İdarədən onu da bildiriblər ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub:

“Mütəxəssislər qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda da bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak edib. Onların həyata keçirdiyi layihələr sırasında Qız qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr yer alır”.

İçərişəhər qoruğu: Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür

Loading

Next Post

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzaları ilk oxunuşda qəbul edib. Bununla bağlı Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunur ki, bu da […]