Premyer Liqa: “Turan Tovuz” “İmişli” ilə, “Qarabağ” “Karvan-Yevlax”la üz-üzə gələcək

Oxunma vaxtı:32 Saniyə

Misli Premyer Liqasında XXVI turun daha iki oyunu bu gün keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” səfərdə “İmişli” ilə üz-üzə gələcək.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək.

Tovuz təmsilçisi 48 xalla üçüncü pillədə qərarlaşıb. “İmişli” 22 xalla doqquzuncudur.

Günün ikinci matçında “Qarabağ” “Karvan-Yevlax”la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu – 12-ci sırada yer alıb.

Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün “Qəbələ” səfərdə “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1) məğlub edib.

Loading

Next Post

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 6-10 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.