Netanyahu: ABŞ və İsrail İranda polad istehsalı obyektlərinin 70 %-ni məhv edib

Oxunma vaxtı:26 Saniyə

ABŞ və İsrailin aviazərbələri nəticəsində İranda polad istehsalı obyektlərinin 70 %-i məhv edilib.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib.

Onun sözlərinə görə, birgə əməliyyatlar nəticəsində İranın ən mühüm infrastrukturuna və ölkənin sənaye bazasına dəfələrlə zərbələr endirilib.

“Biz komandirləri öldürürük, körpüləri, infrastruktur obyektlərini bombalayırıq. Bu, İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) həm maliyyə resurslarından, həm də çox sayda silah istehsal etmək imkanından məhrum edən böyük nailiyyətdir. Poladtökmə zavodları kimi mülki obyektlərə hücumlar, əgər onlar hərbi məqsədlər üçün istifadə olunmurlarsa, qadağandır”, – B.Netanyahu qeyd edib.

Loading

Next Post

Şahin Mustafayev Çin səfiri ilə görüşüb

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb. Görüş Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibəti ilə baş tutub.