Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir – Anar Eyvazov

Oxunma vaxtı:35 Saniyə

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir. Ötən müddət ərzində Berd, Çəmbərək, Qafan, Tovuz, Qubadlı və Cənbrayıldakı bölmələrimiz atəşə tutulub.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən mövqelərimizi atəşə tutmaqla bizi təxribatlara çəkmək istəyir: “Hazırda Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində döyüşlər gedir. Düşmən itki verərək geri çəkilib. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Düşməndən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin yalnız hərbi obyektlərini hədəf seçib. İşğal edilən ərazilərə gətirilən muzdluların silahı yerə qoyaraq geri çəkilməsi tövsiyə olunur. Onlar ermənilərin hiyləsinə uymasınlar. Qələbə bizimlədir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində muzdlular xidmət göstərir - Prezidentin köməkçisi

Etibarlı mənbələrin məlumatına görə, hazırda Ermənistanın Silahlı Qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş Avropa İttifaqının ölkələrinə, Kanadaya qədər olan muzdlular xidmət göstərir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, hazırda işğal edilmiş ərazilərimizdə muzdluların yerləşdirib və […]